Uşbada ekspedisiya zamanı alpinist Nikoloz Paliani həlak olub
Uşbada ekspedisiya zamanı alpinist Nikoloz Paliani həlak olub

 

Uşbada ekspedisiya zamanı alpinist Nikoloz Paliani həlak olub.

Bu barədə məlumatı alpinistin ailəsinin yaxınları yayırlar.

“Başımıza böyük kədərli hadisə gəldi, Uşbada ekspedisiya zamanı Nikoloz Palianinin faciəvi şəkildə həlak olması barədə bu gün xəbər tutduq. Nikoloz Paliani Gürcüstan turizminin inkişafında fəal iştirak edən görkəmli alpinist və dağ bələdçisi idi. Onun dünyasını dəyişməsi ailəsi, dostları və Svaneti, eləcə də bütün idman və turizm ictimaiyyəti üçün böyük itkidir. Onun ailəsinə, dostlarına, həmfikirlərinə, Svanetiyə və bütün Gürcüstan cəmiyyətinə başsağlığı veririk. Nikolozun gücü, cəsarəti və dağlara olan sevgisi hər zaman bizimlə qalacaq” – “Adrenaline”nin başsağlığı mətnində qeyd olunub.