Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Günlə əlaqədar Mixeil Sarcveladze Tsilkani qəsəbəsindəki kiçik ailə tipli evdə yaşayan uşaqları 1 İyun münasibətilə təbrik etdi
Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Günlə əlaqədar Mixeil Sarcveladze Tsilkani qəsəbəsindəki kiçik ailə tipli evdə yaşayan uşaqları 1 İyun münasibətilə təbrik etdi

Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Gün münasibətilə Səhiyyə naziri Mixeil Sarcveladze Tsilkani qəsəbəsində yerləşən kiçik ailə tipli evdə yaşayan uşaqları 1 İyun münasibətilə təbrik edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, nazir yerindəcə mövcud şərait və yetkinlik yaşına çatmayan uşaqların ehtiyacları ilə tanış olub.

“Uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər təşkil olunub. Balacaların əhvalını animatorlar və illüzionistlər yüksəldiblər. Nazir bildirib ki, uşaqların hüquqlarının qorunması, onların qayğısına qalmaq və tamhüquqlu vətəndaşlar kimi böyümələri üçün uyğun şəraitin yaradılması Nazirliyin əsas prioritetlərindən biridir.

Kiçik ailə tipli evlərdə yetkinlik yaşına çatmayan uşaqlar ailə mühitinə yaxın şəraitdə yaşayırlar,” – deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.