Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyi – Norovirus faktlarının aşkar edilməsindən sonra uşaq bağçalarında risklərin idarə olunması üzrə epidemioloqların tövsiyələrinə əsaslanan müvəqqəti protokol tətbiq edilir

20:16, 22.09.2026

 

Norovirus faktlarının aşkar edilməsindən sonra Tbilisinin uşaq bağçalarında risklərin idarə olunması üzrə epidemioloqların tövsiyələrinə əsaslanan müvəqqəti protokol tətbiq edilir. Bu barədə məlumatı Tbilisinin Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyi yayır.

Onların məlumatına əsasən, Tbilisinin Uşaq Bağçaları Agentliyi fövqəladə iş rejiminə keçib.

“Bütün uşaq bağçalarında dezinfeksiya işləri aparılıb. Paralel olaraq sanitariya-gigiyena rejimi və ona nəzarət gücləndirilib. İki saatdan bir səthlərin təmizlənməsi və məkanların dezinfeksiyası, hər təlim-tərbiyə gününün sonunda ərazinin dezinfeksiyası həyata keçirilir. Həmçinin həm qida rasionunda, həm də tədris prosesi üçün nəzərdə tutulmuş inventardan istifadə baxımından müəyyən dəyişikliklər edilib. Xatırladaq ki, bu müvəqqəti tədbirdir və o başa çatan kimi uşaqlar adi təlim-tərbiyə prosesinə qayıdacaqlar” – Tbilisinin Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyinin məlumatında deyilir.

Oxşar