Uşaq bağçaları oktyabrın 4 -dən fəaliyyətə başlayacaq
Uşaq bağçaları oktyabrın 4 -dən fəaliyyətə başlayacaq

Məktəbəqədər təhsil müəssisələri oktyabrın 4 -dən etibarən işə başlayacaq.

Bu barədə İdarələrarası Kordinasiya Şurasının Operativ Qərargah rəhbəri Qiorqi Ğibradze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

Koordinasiya Şurasının qərarına əsasən, ağır epidemioloji vəziyyətə görə, özəl və dövlət bağçalarında təhsil avqustun 31 -dən məhdudlaşdırılıb.

Eyni zamanda, Qiorqi Ğibradzenin dediyi kimi, oktyabrın 4 -dən etibarən siniflərdə və auditoriyalarda tədris prosesi bərpa olunacaq.