“Uşaq Avroviziya” Gürcüstan vaxtı ilə saat 23:00-da başlayacaq və birbaşa translyasiyanı Birinci Kanal təqdim edəcək
Bu gün Maltada 24-cü “Uşaq Avroviziya” Mahnı Müsabiqəsi keçiriləcək.
Gürcüstanı “Ranina”nın 9-cu mövsümünün qalibi, 10 yaşlı Davit Lomidze “Mze saxuravebze” mahnısı ilə təmsil edəcək. Davit Lomidze müsabiqədə 15-ci nömrə altında çıxış edəcək.
Müsabiqə Gürcüstan vaxtı ilə saat 23:00-da başlayacaq və birbaşa translyasiyanı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.
Səsvermə başlayıb, Gürcüstan nümayəndəsi Davit Lomidze üçün Gürcüstandan və dünyanın istənilən ölkəsindən səs vermək mümkündür.
Səs vermək üçün jesc.tv veb-saytına və ya https://vote.eurovision.com/ keçidinə daxil olun.https://vote.eurovision.com/
Qısa video-kollaja baxın, Gürcüstanı və daha iki istənilən ölkəni seçin, sonra səsvermə düyməsinə basın.
Səsvermə bir telefondan və bir kompyuterdən yalnız bir dəfə mümkündür.
Səsvermə bu gün saat 23:00-da, müsabiqənin birbaşa translyasiyası başlayan zaman müvəqqəti olaraq sonlanacaq. On altı iştirakçının hamısı çıxış etdikdən sonra səsvermə 15 dəqiqəlik yenidən bərpa olunacaq və bu zaman ikinci dəfə səs verə biləcəksiniz. Qalib tamaşaçı və münsiflər heyətinin toplanmış ballarının sayı ilə müəyyən ediləcək.
Gürcüstan “Uşaq Avroviziya”nın dördqat qalibidir.
Malta “Uşaq Avroviziya” Müsabiqəsinə üçüncü dəfə ev sahibliyi edir, 2016-cı ildə Maltada Gürcüstan üçüncü qələbəsini qazanmışdı.