Ursula von der Leyen: Ukraynaya təcili şəkildə daha çox hava hücumundan müdafiə sistemi lazımdır. Bu məsələni Ankarada keçiriləcək NATO sammitində müzakirə edəcəyik

16:50, 06.07.2026

Ursula von der Leyen Rusiyanın gecə saatlarında Ukraynaya həyata keçirdiyi hücumlara münasibət bildirərək deyib ki, Rusiya bir daha Ukraynanın mülki əhalisini hədəfə alıb.

Onun sözlərinə görə, Ukraynanın təcili şəkildə hava hücumundan müdafiəsinin gücləndirilməsinə ehtiyacı var və bu məsələ tərəfdaşlarla birlikdə Ankarada keçiriləcək NATO sammitində müzakirə olunacaq.

“Dünən gecə Rusiya rejimi bir daha havadan mülki əhaliyə qarşı fərq qoymadan hücum etdi, paytaxta 400-dən çox dron və raketlə zərbə endirdi. Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiə vasitəsinə ehtiyacı var. Bu həftə bu məsələni Ankarada keçiriləcək NATO sammitində müzakirə edəcəyik. Keçən həftə biz Ukraynanın müdafiə sisteminin müasir pilotsuz uçuş aparatları texnologiyaları ilə gücləndirilməsi üçün 90 milyard avroluq kredit proqramımız çərçivəsində ilk 4 milyard avronu ayırdıq. Yaxın vaxtlarda daha çox vəsait ayrılacaq. Həmçinin yaxın günlərdə 21-ci sanksiyalar paketi üzrə razılıq əldə etmək üçün fəal işləyirik. Rusiya qan tökülməsinə son qoyana qədər təzyiqi artırmağa davam edəcəyik”, – deyə Ursula von der Leyen bildirib.

Xatırladaq ki, Kiyevin Rusiya tərəfindən dronlar və ballistik raketlərlə bombardman edilməsi nəticəsində 11 nəfər həlak olub, 46 nəfər, o cümlədən iki uşaq yaralanıb.

Oxşar