Ursula von der Leyen bildirib ki, İrana qarşı sanksiyaların ləğvi hələ tezdir
Ursula von der Leyen bildirib ki, İrana qarşı sanksiyaların ləğvi hələ tezdir

Ursula von der Leyen bildirib ki, İrana qarşı sanksiyaların ləğvi hələ tezdir.

Onun sözlərinə görə, Tehrana qarşı sanksiyalar İran hakimiyyətinin öz xalqına qarşı repressiyalarına görə tətbiq edilib və bu vəziyyət hələ də davam edir.

“Fikrimcə, sanksiyaların ləğvi üçün hələ tezdir. Sanksiyaların aradan qaldırılması üçün əvvəlcə İranda fundamental dəyişikliklər görməliyik,” – deyə o Berlində keçirilən Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı görüşündə bildirib.