Ursula fon der Lyayen – Rusiya başladığı müharibəni uduzur, buna görə də qisas məqsədilə mülki əhaliyə və mülki infrastruktura hücum edir

15:57, 20.08.2026
European Commission President Ursula von der Leyen looks on during a press conference with Norway's Prime Minister at the EU Commission headquarters in Brussels on April 7, 2025. (Photo by Nicolas TUCAT / AFP)

European Commission President Ursula von der Leyen looks on during a press conference with Norway's Prime Minister at the EU Commission headquarters in Brussels on April 7, 2025. (Photo by Nicolas TUCAT / AFP)

“Rusiya müharibəni uduzur, buna görə də qisas məqsədilə əhaliyə və mülki infrastruktura hücum edir”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sosial şəbəkədə yazıb.
“Ukraynanın raketlərdən müdafiə imkanlarını dəstəkləmək və ölkənin insan itkilərinin qarşısını almaq üçün lazımi vasitələrə malik olmasını təmin etmək məqsədilə Avropa İttifaqına üzv ölkələr və tərəfdaşlarımızla əməkdaşlıq edirik”, – deyə fon der Lyayen bildirib.
Onun sözlərinə görə, bu, təcili prioritetdir.
Məlum olduğu kimi, avqustun 20-də Rusiyanın Ukraynaya həyata keçirdiyi növbəti genişmiqyaslı hücum zamanı Polşa öz hərbi aviasiyasını havaya qaldırıb. Lakin Varşava ölkənin hava məkanının pozulması faktının qeydə alınmadığını bildirib.
Ukraynanın xarici işlər naziri Rusiyanın növbəti raket zərbələrindən sonra tərəfdaşları Kiyevə raketdən müdafiə sistemlərini vaxtında çatdırmağa və Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi gücləndirməyə çağırıb.

Oxşar