Ursula fon der Lyayen: Biz Ermənistanı Avropa İttifaqına yaxınlaşdırır, eyni zamanda dinc və firavan Cənubi Qafqazın yaradılması üzərində çalışırıq
Biz Ermənistanı Avropa İttifaqına yaxınlaşdırırıq və eyni zamanda dinc və firavan Cənubi Qafqazın yaradılması üzərində çalışırıq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra bildirib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, 200 milyon avro dəyərində əlaqələndirmə paketi çərçivəsində yollar və körpülər tikilir.
„Bizim birtərəfli ticarət tədbirlərimiz yeni imkanlar yaradacaq. Hazırda Ermənistanın Avropa İttifaqı bazarına ixracının 80 faizi artıq gömrük rüsumlarından azaddır. Gözləyirik ki, Avropa İttifaqının qanunvericiləri bu tədbirləri sabah yekun olaraq təsdiqləyəcəklər və bu, rekord müddətdə baş verəcək!
Nəhayət, biz enerji təhlükəsizliyini gücləndiririk. Beləliklə, Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq sürətlə inkişaf edir və əvvəlkindən daha möhkəmdir“, – deyə Ursula fon der Lyayen bildirib.