Ursula fon der Lyayen: Avropada Rusiya dronları ilə bağlı insidentlər yeni normaya çevrilib və bu, Rusiyanın Aİ ərazisində fəaliyyətinin daha da eskalasiyasını göstərir

17:16, 02.09.2026

Avropada Rusiya dronları ilə bağlı insidentlər yeni normaya çevrilib və bu, Rusiyanın Avropa İttifaqı ərazisində fəaliyyətinin daha da eskalasiyasını göstərir. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı bildirib.
Avropa İttifaqının icraedici orqanının rəhbərinin sözlərinə görə, Leypsiq hava limanına hücum tam həyata keçirilsəydi, bu, böyük ziyana, hətta insan tələfatına səbəb ola bilərdi.
“Avropalılar sərt həqiqətlə üz-üzədirlər: bu, yeni normadır. Avropa İttifaqı Rusiyanın məsuliyyətsizliyinə daha sürətli və daha yaxşı cavab verməlidir. Avropalılar gündəlik infrastruktur obyektlərini cəbhə xəttindəki hədəflər kimi qəbul etməli və onları buna uyğun şəkildə qorumalıdırlar. Biz Avropanın təhlükəsizliyində yeni dövrə qədəm qoymuşuq”, – Ursula fon der Lyayen bildirib.
Öz növbəsində Mark Rutte Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı davam etdirdiyi üçün “getdikcə daha məsuliyyətsiz” davrandığını bildirib. Onun sözlərinə görə, təhlükə artıq Avropaya və NATO ərazisinə də yayılır.
“Rusiyanın yaratdığı təhlükə açıq-aşkardır”, – NATO-nun Baş katibi deyib.
Ruttenin sözlərinə görə, əgər Rusiya son təhlükə fonunda Avropanın və NATO-nun parçalanacağını və ya Ukraynaya dəstəyi dayandıracağını düşünürsə, yanılır.
“Bizim birliyimiz sarsılmazdır”, – o bildirib.

Oxşar