Avropa Komissiyasının prezidenti, Ursula Fon Der Layen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Cozef Borrel Kiyevə yola düşdülər.
Avropa İttifaqı liderləri Polşadan qatarla Ukrayna paytaxtına gedəcəklər. Onları Slovakiyanın baş naziri, Eduard Heqer müşayiət edir.
Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, həmçinin Müdafiə və Xarici İşlər nazirləri ilə danışıqlar planlaşdırılır.