Ursula Fon Der Layen - "Həmas"ın İsrail ərazisinə hücumunu qınayıram, bu, ən pis formalı terrordur, İsrailin özünü müdafiə etmək hüququ var
Ursula Fon Der Layen - "Həmas"ın İsrail ərazisinə hücumunu qınayıram, bu, ən pis formalı terrordur, İsrailin özünü müdafiə etmək hüququ var

“Həmas”ın İsrail ərazisinə etdiyi hücumu birmənalı olaraq qınayıram”, – Avropa Komissiyasının sədri Ursula Fon Der Layen sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, İsrailin bu cür dəhşətli hücumlardan özünü müdafiə etmək hüququ var.

“Bu, ən pis formalı terrordur. İsrailin belə dəhşətli hücumlardan özünü müdafiə etmək hüququ var”, – Ursula Fon Der Layen sosial şəbəkədə yazıb.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində azı 5 nəfər ölüb, 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb.

Bundan başqa, Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.