Ursula fon der Layen – dünyaya “taxıl razılaşması” lazımdır, Rusiya məsuliyyət daşıyır ki, onun vaxtını uzatsın, top Putinin meydanındadır, onu dünya izləyir

10:39, 14.07.2023

Avropa Komissiyasının sədri Ursula fon der Layen Rusiya prezidenti Vladimir Putini “taxıl razılaşmasının vaxtının uzadılmasına çağırır.

Fon der Layenin sözlərinə görə, sazişin dayandırılmasının nəticəsi qlobal ərzaq təhlükəsizliyində özünü göstərəcək.

“Dünyaya “taxıl razılaşması” lazımdır. Rusiya məsuliyyət daşıyır ki, onun vaxtını uzatsın, əks təqdirdə, onun nəticəsi qlobal ərzaq təhlükəsizliyində özünü göstərəcək. Beləliklə, top Putinin meydanındadır və onu dünya izləyir”, – Avropa Komissiyasının sədri qeyd etdi.

Bununla yanaşı, Ursula fon der Layen BMT-nin Baş katibi Antonio Quterreşə Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür etdi.

 

Oxşar