Ursula fon der Layen – Bu gün Avropa üçün yaxşı gündür, prezident Zelenski, prezident Sandu və baş nazir Ğaribaşvilini təbrik edirəm

22:58, 23.06.2022

:Bu gün Avropa üçün yaxşı gündür. Prezident Zelenski, prezident Sandu və baş nazir Ğaribaşvilini təbrik edirəm”, – Avropa Komissiyasının sədri Ursula fon der Layen Twitter-də yazıb.

Onun sözlərinə görə, bu ölkələr Avropa ailəsinin bir hissəsidir və bu gün liderlərin tarixi qərarı bunu təsdiqləyib.

“Bu gün Avropa üçün yaxşı gündür. Prezident Zelenski, prezident Sandu və baş nazir Ğaribaşvilini təbrik edirəm. Ölkələriniz bizim Avropa ailəmizin bir hissəsidir. Bu gün liderlərin tarixi qərarı bunu təsdiqləyir”, – Ursula fon der Layen yazıb.

Ursula fon der Laeyen deyir ki, bu qərar Ukraynanı, Moldovanı və Gürcüstanı rus imperializmi qarşısında gücləndirir, Avropanı gücləndirir.

“Liderlərin bizim fikirlərimizi dəstəkləməsindən çox şadam. Ukrayna, Moldova və Gürcüstan – hər kəsin işi var, bilirəm ki, onlar növbəti mərhələyə keçməzdən əvvəl tez hərəkət edəcəklər. Onlar bunun öz demokratiyaları, iqtisadiyyatları və vətəndaşları üçün nə qədər vacib olduğunu bilirlər.

Bu qərar hamımızı gücləndirir. Bu qərar Ukraynanı, Moldovanı və Gürcüstanı rus imperializmi qarşısında gücləndirir. Bu, Avropanı gücləndirir, çünki dünyaya bir daha göstərir ki, biz xarici təhlükələr qarşısında birləşmişik”, – Layen yazıb.

Xatırladaq ki, Avropa Şurasının prezidenti Şarl Mişel bu yaxınlarda Twitter-də yazmışdı ki, Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi status verməyə hazırdır.

Oxşar