Ursula fon der Layen bəyan edir ki, Rusiyanın Ukrayna elektrik stansiyalarına və mülki obyektlərinə hücumu terror aktı və hərbi cinayətdir

14:51, 19.10.2022

Avropa Komissiyasının sədri Ursula fon der Layen bəyan edir ki, Rusiyanın Ukraynanın elektrik stansiyalarına və infrastrukturuna raket zərbələri və dronlarla hücumu terror aktıdır və hərbi cinayətə bərabərdir.

“Dünən, biz bir daha Rusiyanın qış yaxınlaşdıqca kişi, qadın və uşaqları susuz, işıqsız və istiliksiz qoymaq məqsədi ilə mülki infrastruktura hədəfli hücumlarının şahidi olduq. Bu sırf terrordur və belə də adlandırmalıyıq”, – Ursula fon der Layen bəyan edir.

Ukrayna prezidenti Vladimir Zelenski az öncə bəyan etdi ki, oktyabrın 10-dan Rusiya qüvvələri Ukraynanın elektrik stansiyalarının 30 faizini dağıtdı və nəticədə ölkə boyu işıqlar kəsildi.

Oxşar