Ursula Fon Der Layen bəyan edir ki, Avropa ölkələri üçün təbii qazın nəqlinin dayandırılması barəsində Rusiyanın qərarı şantaj alətidir
Ursula Fon Der Layen bəyan edir ki, Avropa ölkələri üçün təbii qazın nəqlinin dayandırılması barəsində Rusiyanın qərarı şantaj alətidir
Avropa Komissiyasının sədrinin sözlərinə görə, Moskvanın hərəkəti ədalətsiz və qəbuledilməzdir və Rusiyanın təbii qaz təchizatçısı kimi etibarsızlığını döstərir.
Ursula Fon Der Layen qeyd etdi ki, Avropa İttifaqı üzv dövlətlərinin bu ssenari üçün fövqəladə vəziyyət planları var və Avropa Komissiyası alternativ təchizatı təmin etmək və blok daxilində ən yaxşı təchizat səviyyəsini saxlamaq üçün onlarla sıx əlaqə saxlayır.
Bununla yanaşı, Avropa Komissiyasının sədrinin sözlərinə görə, hazırda Avropa İttifaqının koordinasiyalı reaksiyasını müəyyən etmək üçün təbii qaz üzrə koordinasiya qrupunun iclası keçirilir.
2Biz həmçinin alternativ axınları təmin etmək üçün beynəlxalq partnyorlarla işləməyə davam edəcəyik və mən Avropanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Avropa və dünya liderləri ilə işləməyə davam edəcəyəm. Avropalılar tam dəstəyimizə arxalana bilərlə”, – Ursula Fon Der Layen qeyd etdi.