Ursula Fon Der Layen - Avropada, evdə istilik və ya kondisionerin temperaturunu 2 dərəcə aşağı salsaq, Rusiya qazının "Şimal axını" qaz kəməri ilə nəqlini tamamilə əvəz edəcəyik
Ursula Fon Der Layen - Avropada, evdə istilik və ya kondisionerin temperaturunu 2 dərəcə aşağı salsaq, Rusiya qazının "Şimal axını" qaz kəməri ilə nəqlini tamamilə əvəz edəcəyik

Avropada, evdə istilik və ya kondisionerin temperaturunu 2 dərəcə aşağı salsaq, Rusiya qazının “Şimal axını” qaz kəməri ilə nəqlini tamamilə əvəz edəcəyik, – bu barədə İspaniya nəşrinə müsahibəsində Avropa Komissiyasının prezidenti, Ursula Fon Der Layen bəyan etdi.

Onun qeyd etdiyi kimi, enerji effektliyi və enerji sığortası mühüm rol oynayır. Ursula Fon Der Layenin sözlərinə görə, ilin birinci kvartalında Avropa İttifaqı Rusiyaya qaz tədarükünü 30 faiz azaldıb.

Avropa Komissiyasının prezidentinin bəyan etdiyinə görə, Avropa İttifaqının Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalar effektlidir.

“İndi ən vacib şey qüsurları görməkdir. Biz bu məsələləri bir-birimizlə və partnyorlarımızla müzakirə edirik. Düşünürəm ki, bu, “Böyük Yeddilik” sammitində də əsas müzakirə mövzularından biri olacaq”, – Avropa Komissiyasının prezidenti bəyan etdi.