Ursula fon der Laien – Ədalətli və bərabər şərtlərə əsaslanan güclü islahat aparılmış ticarət sistemini dəstəkləmək Avropa və Çinin məsuliyyətidir

14:18, 08.04.2025

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Çini ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq olunmuş idxal rüsumlarının səbəb olduğu problemləri danışıqlar yolu ilə həll etməyə çağırıb.

Avropa Komissiyasının bəyanatında qeyd edildiyi kimi, Çinin Baş naziri Li Tsian ilə telefon danışığında fon der Laien xüsusilə qeyd edib ki, “Azad, ədalətli və bərabər şərtlərə əsaslanan güclü islahat aparılmış ticarət sistemini dəstəkləmək dünyanın iki ən böyük bazarı kimi Avropa və Çinin məsuliyyətidir”.

Ursula fon der Laienin ofisinin məlumatına əsasən, Avropa Komissiyasının prezidenti və Çinin Baş naziri rüsumların səbəb olduğu mümkün ticarət dəyişikliklərinin monitorinqi mexanizminin yaradılması məsələsini müzakirə ediblər.

“Reuters” agentliyinin qeyd etdiyi kimi, Avropa İttifaqı Çinin ucuz ixracatını ABŞ əvəzinə Avropaya yönəldə biləcəyindən ehtiyat edir.

Oxşar