Ursula fon der Laien və Antoniu Koşta Kiyevə gediblər

11:57, 24.02.2025

 
Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və Avropa Şurasının Prezidenti Antoniu Koşta Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsinin başlamasının üçüncü ildönümündə Kiyevə gediblər.

“Ukraynada, Ukrayna haqqında, Ukrayna ilə” – Antoniu Koşta X sosial şəbəkəsində yazıb.

Sosial şəbəkədə yayılan foto və videomaterialdan göründüyü kimi, Avropa İttifaqının liderlərini Kiyevin dəmiryol vağzalında Ukrayna Prezident Ofisinin rəhbəri Andrei Yermak və xarici işlər naziri Andrei Sibiqa qarşılayıblar.

“Rusiyanın amansız müdaxiləsinin üçüncü ildönümündə Avropa Kiyevdədir. Biz bu gün Kiyevdəyik, çünki Ukrayna Avropadır. Həyatda qalmaq uğrunda bu mübarizədə tərəzinin gözündə təkcə Ukraynanın taleyi deyil. Bu, Avropanın taleyidir” – Ursula fon der Laien yazır.

Oxşar