Ursula fon der Laien - Ümumi rifah naminə əlaqəlilik gündəlikdə olmalıdır, tezliklə Cənubi Qafqazdakı tərəfdaşlar vasitəsilə Avropa və Mərkəzi Asiyanın əlaqəliliyinə nəzər salacağıq
Ursula fon der Laien - Ümumi rifah naminə əlaqəlilik gündəlikdə olmalıdır, tezliklə Cənubi Qafqazdakı tərəfdaşlar vasitəsilə Avropa və Mərkəzi Asiyanın əlaqəliliyinə nəzər salacağıq

 

Ümumi rifah naminə əlaqəlilik gündəlikdə olmalıdır. Tezliklə Cənubi Qafqazdakı tərəfdaşlar vasitəsilə Avropa və Mərkəzi Asiyanın əlaqəliliyinə nəzər salacağıq – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa Siyasi Birliyinin (EPC) zirvə toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, nəqliyyat infrastrukturu, ticarət genişləndirilməlidir və rəqəmsal əlaqələr yaradılmalıdır.

“Ümumi rifah istənilən təcavüzdən daha güclüdür. Bunu etməyimiz üçün əlaqəlilik gündəlikdə yüksək səviyyədə olmalıdır. Biz artıq Ukrayna, Qərbi Balkanlar və Moldova ilə imkan yaratmışıq. Tezliklə Qara Dəniz bölgəsinə yeni Avropa strategiyası ilə, Cənubi Qafqazdakı tərəfdaşlarımız vasitəsilə Avropa və Mərkəzi Asiyanın əlaqəliliyinin gündəliyinə nəzər salacağıq. Nəqliyyat infrastrukturunu, ticarəti genişləndirmək, rəqəmsal əlaqələr yaratmaq və xalqları bir-biri ilə əlaqələndirmək üçün bu üzərində işləməli olduğumuz əla baxışdır” – fon der Laien bildirib.