Ursula fon der Laien - Ukrayna, Moldova və Qərbi Balkanların gələcəyi Avropa İttifaqındadır, gəlin Avropanın növbəti birliyini reallığa çevirək
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Qərbi Balkanlar, Ukrayna və Moldovanın gələcəyinin Avropa İttifaqında olduğunu bildirir. Bu barədə fon der Laien Avropa Parlamentində “İttifaqın vəziyyəti haqqında” illik məruzə ilə çıxışında deyib.
O bildirib ki, Avropa azadlıq və Ukraynanın hazırda uğrunda mübarizə apardığı qarşılıqlı yardım gücünün ideyasıdır. Ursula fon der Laien həmçinin qeyd edib ki, Avropa İttifaqına üzv olmaq istəyən ölkələrə islahatlar həyata keçirməkdə və inteqrasiyada kömək edir.
“Əziz üzvlər, müstəqillikdən danışarkən biz öz taleyimizi seçməyi nəzərdə tuturuq. Ukrayna məhz bunun üçün mübarizə aparır və bütün avropalılar məhz buna layiqdirlər, çünki Avropa ideyadır – azadlıq və qarşılıqlı yardım gücünün ideyası. Bu, 1989-cu ildən sonra, Şərq və Qərb birləşəndə nəsli hərəkətə gətirən ideya idi. Və o, indi o vaxtkı kimi güclüdür. Məhz buna görə gələcək üzv dövlətləri ittifaqımıza yaxınlaşdırırıq. Bunun üçün investisiyalar qoyuruq, islahatlara dəstək veririk, onlara ümumi bazara inteqrasiyada kömək edirik, çünki yalnız daha böyük və daha güclü ittifaq hamı üçün təhlükəsizliyin qarantıdır.
Ukrayna, Moldova və Qərbi Balkanların gələcəyi ittifaqımızdadır, gəlin Avropanın növbəti birliyini reallığa çevirək” – fon der Laien qeyd edib.