Ursula fon der Laien Tramp və Zelenski ilə telefonla danışıb - "Biz Ukrayna üçün ölkəni polad kimi güclü edəcək etibarlı təhlükəsizlik təminatları ilə sülhü təmin etməliyik"
Kiyevə edilmiş hücumdan sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Laien ABŞ və Ukrayna prezidentləri ilə telefon danışığı aparıb.
Ursula fon der Laienin bəyanatına əsasən, Putin danışıqlar masasına əyləşməlidir.
“Biz Ukrayna üçün ölkəni polad kimi güclü edəcək güclü və etibarlı təhlükəsizlik təminatları ilə ədalətli və uzunmüddətli sülhü təmin etməliyik. Avropa öz rolunu tam şəkildə yerinə yetirəcək. Bizim müdafiə alətimiz “SAFE” cəsur Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün mühüm olacaq” – Ursula fon der Laien yazır.