Ursula fon der Laien - Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılaşmanı təqdir edirəm, Putin müharibəni bitirənə qədər təzyiq davam edəcək
Ursula fon der Laien - Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılaşmanı təqdir edirəm, Putin müharibəni bitirənə qədər təzyiq davam edəcək

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılaşmanı təqdir edir.

Onun yazdığı kimi, Vladimer Putin Ukraynadakı müharibəni bitirənə qədər Rusiyaya təzyiq davam edəcək.

Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien sosial şəbəkədə yazıb.

“Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılaşmanı təqdir edirəm. Biz Rusiyanın döyüş maşınının ürəyinə zərbə vururuq. Biz onun bank, energetika və hərbi-sənaye sektorlarını və neft qiymətlərinin yeni dinamik yuxarı həddini hədəfə alırıq. Putin bu müharibəni bitirənə qədər təzyiq davam edəcək” – Ursula fon der Laien yazıb.