Ursula fon der Laien - Kreml dinc əhalini kor-koranə qətlə yetirir və Avropa İttifaqını belə hədəfə alır, bu, nələrin risk altında olduğuna dair növbəti xatırlatmadır
Ursula fon der Laien - Kreml dinc əhalini kor-koranə qətlə yetirir və Avropa İttifaqını belə hədəfə alır, bu, nələrin risk altında olduğuna dair növbəti xatırlatmadır

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa İttifaqının ofisinin də zərər gördüyü Kiyevə hücuma qəzəbləndiyini bildirir. Bu barədə Ursula fon der Laien Brüsseldə keçirilən brifinqdə deyib.

O bildirib ki, bu hücum nələrin risk altında olduğuna dair növbəti xatırlatmadır. Avropa Komissiyasının prezidentinin qeyd etdiyi kimi, Rusiya dinc əhalini kor-koranə qətlə yetirir və Avropa İttifaqını belə hədəfə alır.

“Kiyevə hücuma qəzəbləndim, hücum nəticəsində həmçinin Avropa İttifaqının ofisi zərər görüb. Bu, iyuldan sonra paytaxta dronlar və raketlərlə edilən ən qanlı hücum idi. Bu, bizim nümayəndə heyətimizə qarşı da hücum idi. Mən indicə səfirimizin müavini ilə danışdım və əməkdaşlarımızdan heç birinin xəsarət almadığını öyrənəndə rahatladım. Dünənki zərbə diplomatik missiya, ittifaqımızın nümayəndəliyi yaxınlığına endirilib. İki raket nümayəndəlik binasından cəmi 50 metr məsafədə, 20 saniyəlik fasilə ilə düşüb. Bu, nələrin risk altında olduğuna dair növbəti xatırlatmadır. Bu göstərir ki, Kreml Ukraynanı qorxutmaq üçün heç nədən çəkinmir, dinc əhalini: kişiləri, qadınları və uşaqları kor-koranə qətlə yetirir və Avropa İttifaqını belə hədəfə alır” – fon der Laien bildirib.

Avropa Komissiyasının prezidenti yaxın zamanda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edəcəklərini açıqlayıb.

“Biz tezliklə sərt sanksiyaların 19-cu paketini təqdim edəcəyik. Paralel olaraq, Ukraynanın müdafiəsi və yenidən qurulmasını dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivləri üzərində işləməyə davam edirik” – Ursula fon der Laien qeyd edib.