Ursula fon der Laien İranla müharibənin Avropa İttifaqına gündə 500 milyon avroya başa gəldiyini bildirir
Ursula fon der Laien İranla müharibənin Avropa İttifaqına gündə 500 milyon avroya başa gəldiyini bildirir

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laien İranla müharibənin Avropa İttifaqına gündə 500 milyon avroya başa gəldiyini bildirir.

O, bunun münaqişənin səbəb olduğu fosil yanacağı qiymətlərinin artmasına görə baş verdiyini deyir.

“Avropa gündəlik təxminən 500 milyon avro itirir, çünki Yaxın Şərqdə davam edən münaqişə fosil yanacağın qiymətini artırır. Münaqişənin cəmi 60 günü ərzində, idxal olunan qazıntı yanacağa çəkilən xərclərimiz 27 milyard avrodan çox artıb, halbuki əlavə heç bir enerji əldə etməmişik” – fon der Laien bildirib.

Avropa Komissiyasının prezidenti Yaxın Şərqdə davam edən münaqişəni Avropa İttifaqının idxal olunan fosil yanacağından asılılıqdan uzaqlaşmaq üçün keçidi sürətləndirməli və elektrikləşdirməni daha tez inkişaf etdirməli olduğuna dair daha bir dəlil kimi təqdim edib.

“Yol aydındır. Biz idxal olunan qazıntı yanacaqlarına həddindən artıq asılılığımızı azaltmalı və texnoloji neytrallığa tam əməl etməklə bərpa olunan enerji mənbələrindən nüvə enerjisinə qədər yerli, əlverişli və təmiz enerji istehsalını artırmalıyıq” – Ursula fon der Laien bildirib.

Bununla yanaşı, o bildirib ki, Avropa Komissiyası yaya qədər Avropa İttifaqı miqyasında “iddialı” hədəfi əhatə edən elektrikləşdirmə fəaliyyət planı təqdim edəcək.

“Politico”nun məlumatına əsasən, qeyd olunan planın iyunun 10-na qədər təqdim edilməsi gözlənilir və enerji təhlükəsizliyini gücləndirmək üçün daha geniş strategiya ilə birlikdə təqdim ediləcək.