Ursula fon der Laien gələn həftə Ermənistana səfər edəcək və Nikol Paşinyanla görüşəcək

13:38, 24.06.2026

 

Avropa Komissiyasının Prezidenti, Avropa İttifaqı və Ermənistan arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu haqda məlumatı “Euronews” yayır.

Fon der Laienin səfəri Brüsselin, Rusiyanın ticarət məhdudiyyətlərinin ölkənin özəl sektoruna göstərdiyi təsiri yüngülləşdirmək üçün Ermənistana 34 milyon avro vəsait ayırması haqda Avropa Komissiyasının yeni bəyanatından sonra baş tutacaq.

“Ticarət məhdudiyyətlərindən zərər çəkmiş sektorlara, o cümlədən kənd təsərrüfatı-qida məhsulları, çiçəkçilik və digər ixracyönümlü sənaye sahələrinə ticarət təşəbbüsləri, biznes sazişləri tədbirləri və hədəflənmiş bazara çıxış təşəbbüsləri vasitəsilə əlavə dəstək göstəriləcək” – Avropa Komissiyasının bəyanatında bildirilir.

Avropa Komissiyasının məlumatına əsasən, İqtisadi Davamlılıq Məsələləri üzrə Avropa İttifaqı-Ermənistan İşçi Qrupu bu tədbirlərin həyata keçirilməsinə rəhbərlik və monitorinq etmək məqsədilə mütəmadi olaraq görüşlərini davam etdirir.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da Ermənistana səfər etməyi planlaşdırır. Kos bəyan edib ki, Avropa İttifaqının yardım paketi iqtisadi çətinliklərin həllinə kömək edəcək və eyni zamanda, erməni biznesi üçün regional və Avropa bazarları ilə ticarətdə yeni imkanlar açacaq.

Oxşar