Ursula fon der Laien - Dronların hava məkanına daxil olması göstərdi ki, Avropa hibrid müharibə ilə üz-üzədir, bu ardıcıl kampaniyadır və cavab tədbirlərinin görülməsi zəruridir
Avropa Komissiyasının prezidenti Ursula fon der Laienin bəyanatına əsasən, dronların hava məkanına daxil olması ilə bağlı son vaxtlardakı hadisələr göstərdi ki, Avropa hibrid müharibə ilə üz-üzədir və buna qarşı cavab tədbirlərinin görülməsi zəruridir.
O bildirib ki, bu, ardıcıl kampaniyadır.
“Bu, təsadüfi qısnama deyil, vətəndaşlarımızı təşvişə salmağa, qətiyyətimizi sınağa çəkməyə, birliyimizi bölməyə və Ukraynaya verdiyimiz dəstəyi zəiflətməyə yönəlmiş ardıcıl kampaniyadır. Buna öz adını verməyin vaxtıdır. Bu, hibrid müharibədir” – fon der Laien Strasburqda Avropa Parlamentində çıxışında qeyd edib.
Avropa Komissiyasının prezidenti Rusiyanın məqsədinin Avropada “parçalanma səpmək” olduğunu bildirib.
“Biz Rusiya tərəfindən mövcud təhlükələrin eskalasiyasını izləyə bilərik və ya onları birlik və qətiyyətlə qarşılaya bilərik” – Ursula fon der Laien bildirib.