Ursula fon der Laien - Donald Trampla Rusiyaya iqtisadi təzyiq göstərmək məqsədilə birgə səylərin gücləndirilməsi ilə bağlı məhsuldar söhbətim oldu, Komissiya 19-cu sanksiyalar paketini tezliklə təqdim edəcək
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra yeni 19-cu sanksiyalar paketini elan edib.
Ursula fon der Laienin bəyanatına əsasən, Avropa Komissiyası Rusiyanın kriptovalyuta, bank və enerji sektorlarına şamil olunacaq sanksiyalar paketini tezliklə təqdim edəcək.
“ABŞ Prezidenti Donald Trampla Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədilə birgə səylərimizi gücləndirmək ilə bağlı məhsuldar söhbətim oldu. Komissiya kriptovalyuta, bank və enerji sektorlarına şamil olunacaq 19-cu sanksiyalar paketini tezliklə təqdim edəcək” – Avropa Komissiyasının prezidenti sosial şəbəkədə yazır.
Bununla yanaşı, fon der Laien, Rusiyanın qalıq yanacaq gəlirləri ilə dəstəklənən müharibə iqtisadiyyatının “Ukraynada axan qanı maliyyələşdirdiyini” bildirib. O deyib ki, bunu bitirmək üçün Komissiya Avropa İttifaqına rus qalıq yanacaq idxalının ləğvini sürətləndirməyi təklif edəcək.
Məlumat üçün bildirək ki, beynəlxalq mediada avropalı diplomatlara istinadən məlumat yayıldı ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təqdimatını təxirə salıb. Qərarın səbəbi olaraq isə medianın məlumatına əsasən, məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan Donald Trampın tələbi olub.