Ursula fon der Laien – Daha böyük bir şeyə, ortaq bir evə aid olduğumuz hissini yaratmalıyıq, Avropa ideyasının canlı olduğunu görmək istəyiriksə, Ukraynaya, Moldovaya və Qərbi Balkanlara baxmalıyıq
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien bildirir ki, Avropa İttifaqında avropalıların ortaq evə aid olduqlarını hiss edəcəkləri ideya formalaşdırılmalıdır.
Laien Avropa Parlamentindəki çıxışı zamanı həmçinin Ukrayna, Moldova və Qərbi Balkanların gələcəyinin Avropa İttifaqında olduğunu qeyd edib.
Onun sözlərinə əsasən, namizəd ölkələr tezliklə onların tərəqqisini əks etdirən Avropa İttifaqına üzvlük yol xəritəsini əldə edəcəklər.
“Daha böyük bir şeyə, ortaq bir evə aid olduğumuz hissini yaratmalıyıq. Biz avropalılar həmişə bir arada olacağıq. Avropa ideyasının canlı olduğunu görmək istəyiriksə, Ukraynaya, Moldovaya və Qərbi Balkanlara baxmalıyıq. Avropa İttifaqına yaxın olan bütün ölkələrə daha yaxından baxmalıyıq, çünki onların gələcəyi bizim ittifaqımızdadır. Ən çox tərəqqi əldə edən namizədlərə tezliklə yol xəritəsini təqdim edəcəyik. Bu proses yenə də ləyaqətə əsaslanacaq və bir daha təkrar edirəm – dəyərlərimizə hörmət danışıqlar mövzusu deyil” – fon der Laien bildirib.