Ursula fon der Laien - Bərpa olunan və nüvə enerjisinin inkişafı zərurətə çevrilib, nüvə enerjisinin rolunun azaldılması Avropa üçün strateji səhv idi
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien bildirib ki, Avropa İttifaqı elektrik enerjisi istehsalında nüvə enerjisinin rolunu azaltmaqla səhv edib.
O, nüvə enerjisinin azaldılmasının şüurlu seçim olduğunu deyib.
“Hesab edirəm ki, Avropanın etibarlı, əlçatan və aşağı emissiyalı enerji mənbəyinə gedən yolu bağlaması strateji səhv idi” – Avropa Komissiyasının prezidenti qeyd edib.
Ursula fon der Laienin sözlərinə əsasən, 1990-cı ildə Avropa İttifaqının elektrik enerjisinin üçdə biri nüvə elektrik stansiyalarından gəlirdisə, bu gün bu göstərici 15 faizə düşüb.
Avropa Komissiyasının prezidenti qeyd edib ki, Yaxın Şərq müharibəsi fonunda mövcud enerji böhranı bir daha Avropanın idxal olunan yanacağa asılılığını göstərir. Məhz bu səbəbdən, fon der Laien bərpa olunan və nüvə enerjisinin inkişafının zərurətə çevrildiyini deyib.