Ursula fon der Laien - Avropanın müdafiəsində başqalarının ümidinə ola bilmərik, Avropanın müdafiəsi bizim məsuliyyətimizdir
Ursula fon der Laien - Avropanın müdafiəsində başqalarının ümidinə ola bilmərik, Avropanın müdafiəsi bizim məsuliyyətimizdir

 

Avropanın müdafiəsində başqalarının ümidinə ola bilmərik, Avropanın müdafiəsi bizim məsuliyyətimizdir – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa Parlamentində çıxışında deyib.

Avropa Parlamentinin iclasında Avropa Şurasının son görüşündə qəbul edilmiş qərarlar müzakirə olunurdu.

“Cəmi bir həftə əvvəl Rusiya Ukraynaya müharibə başlayandan bəri ən böyük və ən ölümcül zərbələr seriyasını həyata keçirdi. Cəmi bir neçə saat ərzində 500-dən çox raket və dron buraxdılar. Müharibə yenə tüğyan edir. Rusiyadan gələn təhlükə qalır. Bu, müdafiə məsələsini nəzərdən keçirərkən hər zaman nəzərə almalı olduğumuz reallıqdır. Avropanın müdafiəsində başqalarının ümidinə ola bilmərik, Avropanın müdafiəsi bizim məsuliyyətimizdir” – Avropa Komissiyasının prezidenti Avropa Parlamentinin plenar iclasında bildirib.

Ursula fon der Laien Avropa İttifaqı tərəfindən müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə qəbul edilmiş qərarlardan, o cümlədən müdafiə xərclərinin artırılması və hərbi sənayenin aktivləşdirilməsi barədə danışıb.

O bildirib ki, bu qərarların həyata keçirilməsi üçün vaxt həlledici əhəmiyyətə malikdir, çünki Rusiya sürətlə silahlanır.