Ursula fon der Laien – Avropa və Avropa Şurasının iclası üçün dolu gündəliyimiz var, bunlar həlledici günlərdir
Avropa və Avropa Şurasının iclası üçün dolu gündəliyimiz var, bunlar həlledici günlərdir – bu haqda Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Brüsseldə Avropa İttifaqının iki günlük sammiti başlamazdan əvvəl bildirib.
Bu gün Brüsseldə başlayacaq sammitdə, Avropanın silahlanmasının planı və həmçinin Ukraynanın hərbi yardımı müzakirə ediləcək.
“Bunlar Avropa üçün həlledici günlərdir və Avropa və Avropa Şurasının iclası üçün dolu gündəliyimiz var. Biz, əlbəttə, Ukraynanı müzakirə edəcəyik, necə ədalətli və uzunmüddətli sülhə nail ola biləcəyimizi, lakin biz rəqabət qabiliyyətimiz və təhlükəsizlik gündəliyi ilə bağlı çağırışlarla üzləşmişik. Buna görə də, Avropa Şurasının bu iclasında rəqabət qabiliyyəti mövzusu mühüm olacaq. Həmçinin, ‘Hazırlıq 2030’ və təhlükəsizlik üçün yeni plan bugünkü müzakirələrin mərkəzində olacaq” – Ursula fon der Laien bildirib.
Yayılmış məlumata əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski sammit iştirakçıları qarşısında distant şəkildə çıxış edəcək.
Görüşdə həmçinin miqrasiya və Yaxın Şərqdəki cari hadisələr müzakirə olunacaq.