Ursula fon der Laien - Avropa İttifaqının Ukrayna üzərində təsiri olduğu kimi, Çinin Rusiya üzərində təsiri var, Rusiyanın danışıqlar masasına ciddi şəkildə əyləşməsi üçün Çinin bu təsirdən istifadə edəcəyini gözləyirik
Ursula fon der Laien - Avropa İttifaqının Ukrayna üzərində təsiri olduğu kimi, Çinin Rusiya üzərində təsiri var, Rusiyanın danışıqlar masasına ciddi şəkildə əyləşməsi üçün Çinin bu təsirdən istifadə edəcəyini gözləyirik

 

Avropa İttifaqının Ukrayna üzərində təsiri olduğu kimi, Çinin Rusiya üzərində təsiri var, Rusiyanın danışıqlar masasına ciddi şəkildə əyləşməsi üçün Çinin bu təsirdən istifadə edəcəyini gözləyirik – bu haqda Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa İttifaqı-Çin sammitindən sonra deyib.

Onun sözlərinə əsasən, müharibənin bitməsi baxımından Çinin Rusiya ilə münasibəti Avropa İttifaqı ilə münasibətlərə təsir edəcək.

“Çinin Putinin müharibəsi ilə qarşılıqlı əlaqəsini necə davam etdirməsi münasibətlərimizin gələcəyi üçün həlledici amil olacaq. Bu mövzu haqda biz çox aydın şəkildə danışdıq. Avropa İttifaqının Ukrayna üzərində təsiri olduğu kimi, Çinin Rusiya üzərində təsiri var, Rusiyanın danışıqlar masasına ciddi şəkildə əyləşməsi üçün Çinin bu təsirdən istifadə edəcəyini gözləyirik. Əsas diqqətimiz danışıqlar yolu ilə əldə olunmuş həllə yönəlib. Biz danışıqlar yolu ilə əldə olunmuş həll istəyirik. Hazırda çox intensiv texniki və siyasi təmaslarımız və müzakirələrimiz var” – Ursula fon der Laien qeyd edib.