Ursula fon der Laien – Avropa İttifaqı Tehran tərəfindən real addımlar görməyənədək İrana qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

19:56, 15.06.2026

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laien bildirib ki, Avropa İttifaqı Tehran tərəfindən real addımlar görməyənədək İrana qarşı sanksiyaları ləğv etmək niyyətində deyil.

Avropa Komissiyasının prezidenti Evian Le Bendə Böyük Yeddiliyin sammitindən əvvəl keçirilən mətbuat konfransında qeyd edib ki, ilk növbədə Tehran “kütləvi qırğın silahından” imtina etməli və insan hüquqlarını qorumalıdır.

“İrana qarşı iki problem ilə bağlı olan iki sanksiya mexanizmimiz var: insan hüquqlarının pozulması və kütləvi qırğın silahı. Biz bu istiqamətlərin hər birində İranın davranışında real dəyişikliyə nail olmalıyıq və yalnız bundan sonra sanksiyaların ləğvi mümkün ola bilər” – Ursula fon der Laien bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, Avropa İttifaqının sanksiyaları “davranışın dəyişdirilməsinə” yönəlib, ona görə də onların ləğvi yalnız bu davranış dəyişəcəyi zaman mümkündür.

Oxşar