Ursula fon der Laien – Avropa İttifaqı lazım gələrsə, ABŞ-nin rüsumlarına qarşı sərt tədbirlər görməyə hazır olacaq
Avropa İttifaqı lazım gələrsə, ABŞ-nin rüsumlarına qarşı sərt tədbirlər görməyə hazır olacaq – bu haqda Avropa Komissiyasının prezidenti Ursula fon der Laien bildirib.
Bununla yanaşı, o, Avropa İttifaqının məqsədinin məsələni danışıqlar yolu ilə həll etmək olduğunu deyib.
“Məqsədimiz məsələni danışıqlar yolu ilə həll etməkdir, lakin əlbətdə, lazım gələrsə, öz maraqlarımızı, xalqımızı və şirkətlərimizi müdafiə edəcəyik. Biz cavab tədbirləri görmək istəmirik, lakin bu zəruri olarsa, cavab tədbirləri üçün güclü planımız var və bundan mütləq istifadə edəcəyik” – Ursula fon der Laien Avropa Parlamentindəki çıxışında bildirib.