Ursula fon der Laien – Avropa İttifaqı 2027-ci ilin sonuna qədər rus qazından asılılıqdan tamamilə imtina etməyi planlaşdırır

12:33, 06.10.2026

 

Avropa İttifaqı 2027-ci ilin sonuna qədər rus qazından asılılıqdan tamamilə imtina etməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Strasburqda, Avropa Parlamentində çıxışı zamanı açıqlayıb.

Fon der Laienin bəyanatına əsasən, Avropa İttifaqı rus qazının istehlakını dayandırmaq planlarından imtina etməyəcək.

O bildirib ki, dörd il əvvəl, qaz idxalının 45%-i Rusiyanın payına düşəndə Moskva Avropanı təhdid edirdi.

“Avropa vahid qaldı və bu vəziyyətdən daha güclü çıxdı” – Avropa Komissiyasının prezidenti qeyd edib.

Fon der Laien, bu gün rus qazının payının 45%-dən 12%-ə azaldığını və gələn ilin sonunadək sıfıra bərabər olacağını bildirib.

Məlumat üçün bildirək ki, 2027-ci ilin yanvarın 1-dən Avropa İttifaqında mayeləşdirilmiş rus təbii qazının idxalı tamamilə qadağan ediləcək, lakin sanksiyaların 21-ci paketinin qəbulundan sonra köhnə müqavilələrə əsasən üçüncü ölkələrə qazın nəqli üçün müvəqqəti istisna saxlanılıb.

Oxşar