Ursula fon der Laien, ABŞ-Avropa İttifaqı razılaşması çərçivəsində avtomobillər və əczaçılıq məhsulları da daxil olmaqla bütün sektorlara 15%-lik baza rüsumunun tətbiq ediləcəyini bildirir
Ursula fon der Laien, ABŞ-Avropa İttifaqı razılaşması çərçivəsində avtomobillər və əczaçılıq məhsulları da daxil olmaqla bütün sektorlara 15%-lik baza rüsumunun tətbiq ediləcəyini bildirir

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laien, ABŞ-Avropa İttifaqı ticarət razılaşması çərçivəsində avtomobillər və əczaçılıq məhsulları da daxil olmaqla bütün sektorlara 15%-lik baza rüsumunun tətbiq ediləcəyini bildirir.

“15 faiz pis rəqəm deyil. Bu, əldə etdiyimiz ən yaxşı nəticədir. Bu, hər şeyə şamil edilir” – Ursula fon der Laien qeyd edib.

Bununla yanaşı, Ursula fon der Laienin izah etdiyi kimi, bəzi vacib məhsullar üzrə rüsum tamamilə ləğv ediləcək.

“Həmçinin, bir sıra strateji məhsullar üzrə sıfır rüsumun olacağı ilə bağlı razılaşdıq. Bunlara təyyarələr və onların hissələri, bəzi kimyəvi maddələr, yarımkeçirici avadanlıq, bəzi kənd təsərrüfatı məhsulları, təbii ehtiyatlar və kritik xammal daxildir. Biz bu siyahıya başqa məhsulları da əlavə edəcəyik” – Ursula fon der Laien bildirib.

Rus enerji resursları problemindən danışarkən Ursula fon der Laien bir çox rus neft və qaz məhsullarının hələ də Avropa İttifaqına daxil olduğunu qeyd edib.

“Biz artıq bunu istəmirik və rus yanacağının idxalını tamamilə dayandırmalıyıq. Buna görə də Amerikanın mayeləşdirilmiş təbii qazını (LNG) almaq yaxşı fürsətdir. Hesablamalarımıza görə, biz üç il ərzində illik 250 milyard kubmetr qaz ala bilərik” – Ursula fon der Laien bildirib.