Ursula fon der Laien – Əsədin qəddar diktaturası süqut etdi, bölgədəki bu tarixi dəyişiklik imkanlar təqdim edir, lakin risksiz deyil
Biz avropalı və bölgənin liderləri ilə əməkdaşlıq edirik və hadisələrin inkişafını izləyirik – bu haqda Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien sosial şəbəkədə yazır.
“Əsədin qəddar diktaturası süqut etdi, bölgədəki bu tarixi dəyişiklik imkanlar təqdim edir, lakin risksiz deyil. Avropa milli birliyin müdafiəsinə və bütün azlıqları qoruyan Suriya dövlətinin bərpasına dəstək verməyə hazırdır. Biz avropalı və bölgənin liderləri ilə əməkdaşlıq edirik və hadisələrin inkişafını izləyirik” – Ursula fon der Laien yazır.