ürkiyədə 5,4 maqnitudalı zəlzələ baş verib

12:45, 24.09.2026

Türkiyədə 5,4 maqnitudalı zəlzələ baş verib.

Türkiyə mediasının məlumatına görə, yeraltı təkanların episentri ölkənin cənubunda, Şanlıurfa vilayətində, Suriya sərhədinə yaxın ərazidə, 7 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar qonşu Diyarbəkir və Adıyaman vilayətlərində də hiss olunub.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Oxşar