Urekidə polis işçilərinə hücumda ittiham olunanlara qarşı həbs qətimkan tədbiri seçildi
Urekidə polis işçilərinə hücumda ittiham olunanlara qarşı həbs qətimkan tədbiri seçildi

Ozurqeti Rayon Məhkəməsi Urekidə polis işçilərinə hücumda ittiham olunanlara qarşı həbs qətimkan tədbirinu seçdi.

Hakim İya Baramidze Prokurorluğun tələbini tamamilə təmin etdi.

Vəkil Giorgi Surmanidzenin bəyan etdiyinə görə, Məhkəmə yanlış qərar qəbul etdi.

“Proses boş yerinə keçirildi. İttihamçı tərəf bir şey təqdim edə bilmədi. Müdafiə tərəfi isə açıqladı ki, bu gənclərin  həbsdə saxlanılması baş verməməlidir. Lakin Məhkəmə heç bir təqdirdə bunu nəzərə almadı. Onların hər on üçü həbsxanaya göndərildi. Onlara qarşı həbs qtimkan tədbiri seçildi. Hesab edirik ki, bu tamamilə yanlış qərar idi. Bu qərarın yalnız bu gənclərə qarşı deyil, bütün bu bölgənin durumuna ağır nəticəsi olacaq”, – vəkil bəyan etdi.

Vəkillər hüquqi müdafiənin davam etdirilməsini planlaşdırırlar. Yaxalananların yaxınlar isə, Urekidə etiraz aksiyanın keçirilməsini bəyan edirlər.

Daxili İşlər Nazirliyi polis işçilərinə hücum ittihamı ilə Quriyada 13 nəfəri yaxaladı. Prokurorluq onların hamısının ittihamənə ağırlaşdırdı və 353-cü prima maddənin ikinci hissəsində ittiham edir. Maddə yeddidən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.