Universitet Klinikasında Tornike Rijvadzenin müalicə üçün Türkiyəyə aparıldığını bildirirlər
Acara hökumətinin sabiq sədri Tornike Rijvadzeni müalicə üçün Türkiyəyə aparıblar. Bu haqda Birinci Universitet Klinikasında bildiriblər.
Tornike Rijvadze güllə yarası ilə əvvəlcə Saqareconun “Geo Hospitals”ına yerləşdirilib, daha sonra isə Birinci Universitet Klinikasına yerləşdiriblər. Tornike Rijvadzenin işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladılıb, bu isə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur. Həkimlərin bəyanatına əsasən, Tornike Rijvadzenin sağlamlıq vəziyyəti müsbət dinamika ilə xarakterizə olunur, o, ünsiyyət qurur və sadə tapşırıqları yerinə yetirir.
Odlu silahın diqqətsiz saxlanılması faktına görə, Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə qarşı ittiham irəli sürülüb. Məhkəmə dünən onun barəsində qətimkan tədbiri olaraq 30 000 lari girov təyin edib və məhkəmə zalından azadlığa buraxıb.