United States Central Command – “İran limanlarına daxil olan və çıxan gəmilərin blokadası müəyyən edilmiş vaxtda qüvvəyə minəcək”
United States Central Command – “İran limanlarına daxil olan və çıxan gəmilərin blokadası müəyyən edilmiş vaxtda qüvvəyə minəcək”

United States Central Command – İran limanlarına daxil olan və çıxan gəmilərin blokadasının bu gün, müəyyən edilmiş vaxtda qüvvəyə minəcəyini bildirir.

Onların məlumatına görə, icazəsiz olaraq gələcək blokada zonasına daxil olan və ya oradan çıxan hər hansı gəmi saxlanılacaq, istiqaməti dəyişdiriləcək və ələ keçiriləcək.

ABŞ Mərkəzi Komandanlığının açıqlamasına əsasən, blokada bayrağından asılı olmayaraq bütün nəqliyyat vasitələrinə şamil ediləcək.

“İcazəsiz olaraq blokada zonasına daxil olan və ya çıxan hər hansı gəmi saxlanılacaq, istiqaməti dəyişdiriləcək və ələ keçiriləcək. Blokada Hörmüz boğazından qeyri-İran təyinatlı (və ya İrana aid olmayan) neytral tranzit keçidini əngəlləməyəcək”, – deyə bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump-ın açıqlamasına görə, 13 apreldə ABŞ vaxtı ilə saat 10:00-da İran limanlarına daxil olan və ya çıxan gəmilərin bloklanmasına başlanacaq.