"Unian" - Mariupolda rus işğalçıları dəhlizin təmin edilməsini təslim üçün elan etdilər, lakin Ukraynalı hərbçilər şəhərin müdafiəsini davam etdirirlər
Mariupolda rus işğalçıları “təslim olmaq üçün dəhliz təmin etdiklərini” elan etdilər, lakin Ukrayna hərbçiləri şəhəri müdafiə etməyə davam etidrilər, – bu barədə “Unian” Mariupol administrasiyası rəhbərinin müşaviri, Petr Andriuşenkoya istinadən yazır.
Medianın məlumatına görə, Petr Andriuşenko “Teleqram”-da yazır ki, işğalçıların sanki hərbi əməliyyatların yeri “Azovstal” metallurgiya zavodu ilə məhdudlaşan cəhdləri reallığa uyğun deyil.
“Döyüşlər zamanı işğalçılar yaşayış evləri istiqamətinə yenə ağır artilleriyadan istifadə etdilər”, – Andriuşenko qeyd edərək əlavə etdi ki, şəhərin hələ də mülki əhali üçün təhlükəlidir.
Mətbuat həmçinin, Petr Andriuşenkoya istinadən Ukraynanın digər bölgələrindən Mariupola humanitar yardımın işğalçılar tərəfindən bloklandığı və “humanitar yardımın” yalnız Rusiya hakim partiyası “Yedinaya Rusiyanın” qərargahında həyata keçirildiyini yazır.
Andriuşenkonun sözlərinə görə, rus işğalçıları Mariupol sakinlərini şəhərdə hərəkət etmək və küçələrdə olmaq üçün icazə almağa məcbur edirlər.
“Yüzlərlə vətəndaş icazə almaq üçün növbəyə durmağa məcburdur, bu icazəsiz gələn həftə nəinki şəhər rayonlarında hərəkət etmək, hətta küçələrdə olmaq da mümkün olmayacaq”, – Andriuşenko yazır.
“Unian”-ın məlumatına görə, Andiuşenko həmçinin qeyd etdi ki, bundan sonra vətəndaşların gələcəkdə passportlaşdırılması mümkündür.
“Məlumatlar mövcuddur ki, bu təkcə filtrasiya tədbirləri üçün deyil, həm də şəhərdə qalanlar üçün pasportaşdırmanın hazırlanması üçün edilir”, – Petr Andriuşenko bəyan etdi.