UNESCO "Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar"ı bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edib
UNESCO "Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar"ı bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edib

 

UNESCO “Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar”ı bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edib. Bu haqda məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayır.

Onların məlumatında, qərarın Yeni Dehlidə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 20-ci sessiyasında qəbul edildiyi deyilir.

“UNESCO-nun buğda ilə əlaqəli ənənələri və ritualları tanımaq haqda qərarı gürcü xalqının çoxəsrlik əməyinə, bilik və təcrübəsinə beynəlxalq səviyyədə qiymət verilməsidir; gürcü endemik növlərinin əhəmiyyətinin vurğulanmasıdır; mənəvi və maddi mədəniyyətin qarşılıqlı əlaqəsinin gücləndirilməsi və bu, “qeyri-maddi mədəni element”in həyat qabiliyyətinin qorunacağına və inkişaf etdiriləcəyinə dair gələcək nəsillər qarşısında öhdəlik götürülməsidir” – Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunub.

Qeyri-maddi mədəni irs abidəsi – “Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar” – Gürcüstan hökumətinin 2024-cü ilin 27 mart tarixli 98 nömrəli qərarı ilə milli əhəmiyyətli kateqoriya kimi müəyyən edilib.

Mədəniyyət Nazirliyinin məlumatına əsasən, Gürcüstan tərəfindən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Qorunması üzrə Reprezentativ Siyahısına 2024-cü ilin 28 mart tarixində təqdim edilmiş nominasiya müzakirənin bütün mərhələlərindən uğurla keçib.