Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu Çinin Uxan şəhərində koronavirusun ilk halının qeydə alındığı dəniz məhsulları bazarını gözdən keçirdilər
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu Çinin Uxan şəhərində koronavirusun ilk halının qeydə alındığı dəniz məhsulları bazarını gözdən keçirdilər.
“Reuters” agentliyinin yazdığına görə, ekspertlər qrupunun səfəri zamanı bazarda təhlükəsizlik tədbirləri sərtləşdirilmişdi.
Uxanın dəniz məhsulları bazarı 2019-cu il 31 dekabrda bağlandı, yanvarın sonunda isə, Uxan şəhəri 76 günlüyünə tamamilə bağlandı.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu üzvləri “COVID-19”-un mənşəsini öyrənirlər. Uxanda bazarları, laboratoriyaları, xəstəxanaları ziyarət edəcəklər. Həmçinin, koronavirusa ilk yoluxan pasiyentlərlə görüşəcəklər.