Ümumdünya Səhiyyə Təşkilatının direktoru - dünya növbəti pandemiya üçün hazır olmalıdır
Ümumdünya Səhiyyə Təşkilatının direktoru bəyan edir ki, dünya növbəti pandemiya üçün hazır olmalıdır. Bu barədə Tedros Adanom Qebreyesus mətbuat konfransında bəyan etdi.
“Bu son pandemiya olmayacaq. Tarix bizə öyrədir ki, pandemiya həyati faktdır. Lakin növbəti pandemiya gələndə, dünya hazır olmalıdır”, – Qebreyesus bəyan etdi.
Xatırladaq ki, pandemiyanın başlamasından bu günə qədər dünyada koronavirusa 27 milyondan artıq insan yoluxdu.