Ümumdünya Səhiyyə Təşkilatında Rusiyada vəba epidemiyasının yayılması riskinin aşağı olduğunu bəyan edirlər

23:05, 06.10.2026

 

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyada vəba epidemiyasının yayılması riskinin aşağı olduğunu bəyan edir.

Məlumatı “The Guardian” nəşri yayır.

Ümumdünya Səhiyyə Təşkilatının spikeri Kristian Lindmayer jurnalistlərə Rusiyanın səhiyyə qurumlarından alınmış məlumatı təqdim edib və qeyd edib ki, onların göstəricilərinə əsasən, xəstəliyin genişmiqyaslı yayılma əlamətləri yoxdur.

O, bütün pasiyentlərin müəyyən edildiyini və onların sağlamlıq vəziyyətinin müşahidə edildiyini bildirib. Kristian Lindmayer, bu vaxta qədər onların heç birində xəstəliyin simptomlarının müşahidə edilmədiyini deyib.

Lindmayerin bəyanatına əsasən, mövcud məlumat əsasında Ümumdünya Səhiyyə Təşkilatının ilkin qiymətləndirməsinə əsasən, İrkutskda epidemiyanın yayılması riski orta-aşağı səviyyədədir, bütövlükdə Rusiya Federasiyasında – aşağı, Avropa regionunda isə – çox aşağıdır.

Bir neçə gün əvvəl İrkutsk Sibir və Uzaq Şərq Vəbayla Mübarizə Tədqiqat İnstitutunda çalışan laborant Daria Şipilova vəfat edib. Daria Şipilovanın laboratoriyada işləyərkən tərkibində vəba patogeni olan sınaq şüşəsini zədələdiyi barədə məlumat yayılmışdı. Rəsmi qurumlar bu versiyanı təsdiqləmirlər.

Ümumdünya Səhiyyə Təşkilatının spikeri Kristian Lindmayerin sözlərinə əsasən, Rusiyanın rəsmi şəxsləri Şipilovanın ölümünə virus mənşəli pnevmonik vəbanın səbəb olub-olmadığını hələ də araşdırırlar. O, əlavə məlumat əldə olunduqca bu qiymətləndirmənin yenilənəcəyini bildirib.

Oxşar