Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun əmələ gəlməsi və yayılması səbələrini öyrənmək məqsədilə, Çinə ekspertlərin göndərilməsini istəyir
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun əmələ gəlməsi və yayılması səbələrini öyrənmək məqsədilə, Çinə ekspertlərin göndərilməsini istəyir. Bəyanatı təşkilatın direktoru, Tedros Adanom Qebreyesus verdi. Məlumatı “Qardian” nəşri yayır.
“Biz planlaşdırırıq və ümid edirəm ki, çox yaxın zamanda yerində olacağıq”, – Tedros Adanom Qebreyesus bəyan etdi.
Təxminən bir il bundan əvvəl Çində, Uhan şəhərində “COVID-19” virusunun ilk halı qeydə alındı. Bundan sonra bütün dünyaya yayıldı. Son göstəricilərlə, bu vaxt ərzində dünyada virusa 67 milyondan artıq insan yoluxdu, 1.5 milyondan artıq insan vəfat etdi.