“Ukrenerqo” – enerji obyektlərinə dəyən ziyanın miqyası, son gündə 10-12 oktyabrda baş vermiş irimiqyaslı hücumların nəticələrini üstələyə bilər
“Ukrenerqo Ukrayna şirkətinin məıumatına görə, enerji obyektlərinə dəyən ziyanın miqyası, son gündə 10-12 oktyabrda baş vermiş irimiqyaslı hücumların nəticələrini üstələyə bilər.
“BBC”-nin məlumatına görə, şirkətdə bəyan edirlər ki, bu dəfə rus işğalçılarının əsas hədəfi Ukraynanın qərb bölgələrində yerləşən enerji obyektləri oldu. Mövcud vəziyyətlə əlaqədar bir neçə rayonda elektrik enerjisinin verilişində məhdudiyyətlər oldu, o cümlədən Kiyev və Kiyev vilayətlərində, eləcə də Çerniqov, Jitomir, Sumi, Xarkov, Dneproterovsk, Zaporojye, Kirovoqrad və Çerkassı vilayətlərində.
Rusiya Krım körpüsünün partlamasından sonra Ukraynanın enerji infrastrukturuna hücumlarını xüsusilə gücləndiridi. Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl bəyan etmişdi ki, 10 oktyabrdan sonra ruslar Ukraynanın enerji infrastrukturunun 30 faizini tamamilə məhv ediblər.