Ukraynda həlak olan gürcü döyüşçüsü, Alika Saavanı hərbi şərəflə dəfn etdilər
Ukraynda həlak olan gürcü döyüşçüsü, Alika Saavanı hərbi şərəflə dəfn etdilər

Ukraynda 16 apreldə həlak olan gürcü döyüşçüsü, Alika Saavanı hərbi şərəflə Zuqdididə dəfn etdilər. Onun xatirəsini səhər saatlarından mülki şəxslər və hərbçilər yad etdilər.

Gürcü döyüşçünün xatirəsini yad etmək üçün Ukraynanın Gürcüstandakı hərbi attaşesi, general-mayor Sergey Kravçuk Zuqdidiyə gələrək gürcü döyüşçünün ailəsinə başsağlığı verdi.

“Rusiya iki aydan çoxdur ki, Ukraynada işğal müharibəsini aparır. Müharibənin ilk günündən gürcülər Ukraynanın müstəqilliyini müdafiə etmək üçün könüllü olaraq Ukraynaya getdilər. Təəsüflər ki, artıq on həlak olanımız var. Bu gün mən son yolda Ukraynanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanımızla vidalaşmaq üçün Tbilisiyə gəldim. Biz Ukraynanın qalib gələcəyinə əminik. Biz hər zaman qardaşlarımızın, gürcü xalqının dəstəyini hiss edirik”, – general-mayor Sergey Kravçuk bəyan etdi.

Bunula yanaşı, həlak olan döyüşçünün xatirəsi fövqəladə atəş ilə yad edildi, hərbi-nümayiş orkestri siə, Gürcüstanın dövlət himnini ifa etdi.

Alika Tsaava aprelin 16-da həmdöyüşçüsü Zaza Bitsadze ilə Rubejnoy şəhərində öldürülən gürcü döyüşçü Arkadi Kasradzenin cəsədini çıxarmağa gedərkən həlak oldu. Həlak olanların dəfn mərasimi Ukraynada da keçirildi.